29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məhkəmə vergidən yayınmaqda ittiham olunan Nobel mükafatı laureatına bəraət verib

Məhkəmə vergidən yayınmaqda ittiham olunan Nobel mükafatı laureatına bəraət verib

Filippin Vergi Apelyasiya Məhkəməsi Nobel mükafatı laureatı Maria Ressaya və onun rəhbərlik etdiyi “Rappler” nəşrinə vergidən yayınma ilə bağlı dörd iş üzrə bəraət verib. İddialar 2018-ci ildə Rodriqo Duterte hökuməti tərəfindən irəli sürülmüşdü.

İstintaq Maria Ressanı “North Base Media” və “Omidyar”ın təmsil etdiyi xarici investorlarla ortaqlıq yolu ilə kapital cəlb edərkən vergidən yayınmaqda ittiham edirdi. Filippin Arbitraj Məhkəməsinin 2018-ci ildə çıxardığı qərarda göstərilmişdi ki, xarici investorlara depozit qəbzlərinin verilməsi konstitusiya ilə qadağan edilmiş xarici nəzarət forması sayıla bilər.

“CNN” xanım M.Ressanın açıqlamasını yayıb: “Bu gün faktlar qalib gəlir, həqiqət qalib gəlir, ədalət qalib gəlir”. M.Ressa ona və “Rappler”ə qarşı qaldırılan işin siyasi məqsəd daşıdığını bildirib.

Qeyd edək ki, “Rappler” 2012-ci ildə Maria Ressa tərəfindən yaradılıb və keçmiş prezident Rodriqo Dutertenin administrasiyasının fəaliyyətinə tənqidi münasibəti ilə fərqlənib. 2018-ci ildə “Rappler”in əməkdaşları prezidentin iştirak etdiyi tədbirləri işıqlandırmaqdan uzaqlaşdırılıb. Ümumilikdə nəşrin əməkdaşlarına qarşı 11 iddia qaldırılıb.

Keçən il oktyabrın 8-də isə Mariya Ressa Rusiyada nəşr olunan “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovla birlikdə Nobel Komitəsi tərəfindən “demokratiya və davamlı sülh üçün ilkin şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” Sülh Mükafatına layiq görülüb.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?