1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyədə xaricdən gətirilən cihazlar üçün verginin şərtləri dəyişdirilib

Türkiyədə xaricdən gətirilən cihazlar üçün verginin şərtləri dəyişdirilib

Qanunvericilikdə edilmiş son dəyişikliyə əsasən, Türkiyə vətəndaşları xaricdən ölkəyə televizor, musiqi mərkəzi və cib telefonları kimi cihazları üç ildə bir dəfə vergi ödəmədən gətirə biləcəklər. Dəyəri 1.500 avrodan artıq olmamaq şərti ilə poçt və ya sürətli karqo nəqliyyatı ilə gətirilən əşyalar, eləcə də səfərdən qayıdan vətəndaşların özləri ilə gətirdikləri və müəyyənləşdirilmiş limiti keçən əşyaların qiymətinə görə vergi tutulacaq. Bu əşyalar üçün tətbiq olunan verginin məbləği - əşya Avropa İttifaqı ölkələrindən birbaşa gətirildikdə dəyərinin 18 faizi, digər ölkələrdən gətirildikdə isə 20 faizi olacaq. Xüsusi siyahıda olan mallar üçünsə əlavə 20 faiz də vergi hesablanacaq.

Qeyd edək ki, bundan əvvəl vətəndaşlar xaricdən özləri ilə iki ildə bir dəfə vergi ödəmədən televizor, musiqi mərkəzi və cib telefonu gətirə bilərdilər. Türkiyədə yaşayan bir adama poçt və sürətli karqo nəqliyyatı ilə gələn və hər bağlama üzrə dəyəri 150 avrodan artıq olamayan fərdi istifadə üçün kitab və digər çap məhsullarına görə vergi tutulmayacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?