16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Almaniya Maliyyə Nazirliyi enerji şirkətlərinin izafi mənfəətinə vergi tətbiq etməyi təklif edib

Avropadakı və dünyadakı enerji böhranı ilə əlaqədar səsləndirilən təkliflərdən biri də enerji şirkətlərinin izafi gəlirlərinin əlavə vergilərə cəlb edilməsidir. “Die Welt” qəzetinin yaydığı məlumata əsasən, Almaniya da bu təşəbbüsə qoşulub, ölkənin maliyyə naziri Kristian Lander neft və qaz şirkətlərinin izafi mənfəətindən vergi tutulmasını təklif edib. Verginin dərəcəsinin 33% olacağı güman edilir.

Təklif neft-qaz, kömür və neft emalı sektorlarında fəaliyyət göstərən şirkətlərə aid ediləcək. Vergiyə cəlb olunacaq şirkətlərin mənfəəti 2018-ci ildən 2021-ci ilə qədər olan dövrə aid göstəricidən 20% artıq olmalıdır. “Die Welt”in xəbərində bildirilir ki, antiböhran tədbirləri 15 şirkətə təsir edə bilər. Kristian Landerin təklifi hökumət tərəfindən qəbul olunarsa, Almaniya büdcəsinə 1 milyard avrodan 3 milyard avroya qədər əlavə vergi daxil olacağı təxmin edilir. Maliyyə naziri bu vəsaitin elektrik enerjisinin qiymətlərinin aşağı salınması tədbirləri üçün istifadə olunmasını təklif edib.

Qeyd edək ki, sentyabr ayında Avropa İttifaqı ölkələri elektrik enerjisinin qiymətlərinin aşağı salınması üçün təcili tədbirlər görmək haqqında razılığa gəliblər. Razılaşmaya əsasən, Aİ ölkələri enerji şirkətlərindən əldə edilən əlavə vəsaitləri vətəndaşlar və biznes üçün elektrik enerjisi xərclərini kompensasiya etməyə yönəltməli olacaqlar.

Noyabrın 3-də Almaniya hökuməti qaz və elektrik enerjisinin qiymətinə məhdudiyyətlər qoyub. Bu tədbirlərlə ev təsərrüfatları hər kVt/saat qaz üçün maksimum 12 sent, elektrik enerjisi üçün isə maksimum 40 sent ödəyəcəklər. Qiymət həddi 2023-cü ilin martında qüvvəyə minəcək.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?