23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyə dünyanın ən çox turist qəbul edən 6-cı ölkəsidir

Türkiyə dünyanın ən çox turist qəbul edən 6-cı ölkəsidir

Türkiyə parlamentinin Plan və Büdcə Komissiyasında Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il büdcəsi müzakirə edilib. İclasda komissiya üzvləri qarşısında təqdimatla çıxış edən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin mədəniyyət və turizm sahəsində gördüyü işləri ümumiləşdirərək, 2022-ci ilin göstəricilərini, eləcə də 2023-cü il üçün layihə və hədəfləri açıqlayıb.

Türk Turizmi Təbliğ və İnkişaf Agentliyinin (TGA) qurulması sayəsində Türkiyənin dünyanın ən güclü tanıtım ölkəsi səviyyəsinə gəldiyini vurğulayan nazir Ersoy deyib: “BMT-nin Düynya Turizm Təşkilatının məlumatına əsasən, Türkiyə 2019-cu ildə turizm sahəsində rekord göstəriciyə nail olaraq dünyada ən çox turistin gəldiyi ölkələr sırasında altıncı yerə yüksəlib. 2022-ci ilin yanvar-sentyabr aylarında isə ölkəmizə gələnlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 87 faiz artaraq 40,25 milyon nəfərə çatıb. Turizmdən ölkə büdcəsinə gələn gəlirlərdə əhəmiyyətli bir sıçrayış olub”.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması