1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Moldovada evlərini qanunsuz icarəyə verənlərə nəzarət gücləndirilib

Moldovada evlərini qanunsuz icarəyə verənlərə nəzarət gücləndirilib

Bu ilin ilk üç ayı ərzində mənzilini kirayəyə verən üç mindən artıq fiziki şəxs rəsmi qeydiyyata alınıb. Ölkənin fiskal orqanların məlumatına görə, əlavə gəlirlərin leqallaşdırılması heç də həmişə könüllü şəkildə baş vermir. Öz mənzillərini kirayəyə verən bir sıra vətəndaşları vergi müfəttişləri müstəqil şəkildə aşkara çıxarırlar. Yanvar-mart ayları ərzində vergi orqanı əməkdaşları min beş yüzdən artıq kirayə gəliri əldə edən şəxsi müəyyənləşdirib, onlara müxtəlif sanksiyalar tətbiq ediblər. Moldovanın Baş Dövlət Vergi Müfəttişliyindən verilən açıqlamada bildirilir ki, bu məqsədlə müfəttişlər nəzarət səfərləri təşkil edirlər. Moldova qanunvericiliyinə əsasən, mənzilini kirayəyə verən şəxslər aldıqları məbləğin 7 faizini dövlət büdcəsinə ödəməlidirlər. Gəlirlərin bu növünü leqallaşdırmaq üçün kirayəçi ilə rəsmi müqavilə bağlamaq və vergi orqanında qeydiyyata durmaq lazımdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?