29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Teleqram” “Apple” şirkətinin vergi siyasətinə qarşıdır

“Teleqram” “Apple” şirkətinin vergi siyasətinə qarşıdır

Getdikcə populyarlığı artan “Teleqram” uzun müddətdir ki, öz istifadəçilərinə proqram çərçivəsində pul qazana bilmək imkanı yaradan funksiyanı sınaqdan keçirirdi.

“Teleqram”ın baş direktoru Pavel Durov bu funksiyanın “Apple” şirkətinin vergi siyasəti ucbatından stabil versiyaya çevrilməyəcəyini bildirib.

“Teleqram”ın sınaqdan keçirdiyi funksiya ilə istifadəçilər qazandıqların pulun müqabilində “Teleqram”a heç bir komissiya haqqı ödəməyəcəkdilər. Lakin “Apple” şirkətinin tətbiqdaxili alışlar üçün məcburi ödəniş sistemi və əlavə 30 faiz komissiya haqqı tutması bunun qarşısını alıb. “Apple” vergisi” adlanan komissiya haqqı “Teleqram”ın sınaqdan keçirdiyi funksiyanın ləğv edilməsi ilə nəticələnib.

Baş direktor Pavel Durov qeyd edib ki, “Apple” istifadəçilərin pul qazanmasına mane olur və sahibkarların xəyallarını puç edir. O, “Teleqram” kanalında mövzu ilə bağlı aşağıdakı açıqlamanı paylaşıb: “Bu, trilyon dollarlıq inhisarın öz kontentindən pul qazanmağa çalışan milyonlarla istifadəçi hesabına bazardakı hökmranlığından sui-istifadə etməsinin daha bir nümunəsidir. Ümid edirəm ki, “Apple” daha çox xəyalları məhv etmədən, dövlətin tutduğu ƏDV-dən yüksək vergi tətbiq edərək daha çox sahibkarı əzmədən Avropa İttifaqındakı, Hindistandakı və başqa yerlərdəki tənzimləyicilər ona qarşı tədbir görəcəklər”.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?