29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ ölkələri fövqəladə enerji tədbirləri ilə bağlı razılığa gəliblər

Aİ ölkələri fövqəladə enerji tədbirləri ilə bağlı razılığa gəliblər

Avropa İttifaqının (Aİ) energetika nazirləri arasında elektrik enerjisinin fasilələrlə verilməsi və enerji şirkətlərinə tətbiq olunacaq əlavə vergilərlə bağlı razılaşma əldə olunub.

Brüsseldə Aİ ölkələrinin energetika nazirlərinin növbədənkənar iclası keçirilib. Nazirlər Aİ daxilində yüksək enerji qiymətlərinə müdaxilə etmək və borclarını ödəyə bilməyən vətəndaşlara dəstək vermək kimi məsələləri müzakirə ediblər. Avropa Şurasının mövzu ilə bağlı yaydığı rəsmi açıqlamada bildirilib: "Aİ-nin energetika nazirləri elektrik enerjisinə tələbatın azaldılması və enerji sektorunda izafi gəlirlərin müştərilərə qaytarılması və yenidən bölüşdürülməsi üçün birgə tədbirlər həyata keçirirlər".

Çexiyanın energetika naziri Yozef Skela razılaşma ilə bağlı verdiyi açıqlamada hazırkı böhrandan çıxmaq məqsədilə vahid cəbhə yaratmaq üçün çox sürətlə, koordinasiyalı və əməkdaşlıq içində çalışdıqlarını söyləyib. Onun sözlərinə görə, əldə olunan razılaşma Avropa vətəndaşlarını və şirkətlərini rahatlaşdıracaq. “Üzv dövlətlər enerji sektorundan əldə edilən izafi mənfəəti borclarını ödəməkdə çətinlik çəkənlərlə bölüşdürəcəklər”, - Y.Skela deyib.

Avropa Şurasının rəsmi açıqlamasında, ilk növbədə, elektrik enerjisinə tələbatın azaldılması vurğulanaraq, pik saatlarda elektrik enerjisi istehlakının 5 faiz məcburi azaldılması hədəfinin qəbul edildiyi bildirilib. Üzv dövlətlər bu il dekabrın 1-dən 2023-cü il martın 31-dək pik saatlarda elektrik istehlakını 10 faiz azaldacaqlar”.

Görüş iştirakçıları mədən yanacağı sektoru üçün həmrəylik vergisinin tətbiqi barədə də razılığa gəliblər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?