12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fransanın vergi orqanları bəyan edilməmiş 20.000 hovuzu süni intellekt vasitəsilə aşkar ediblər

Sxemin doqquz vergi departamentində sınaqdan keçirilməsi ölkə büdcəsinə 10 milyon avro həcmində əlavə vergi daxilolmaları ilə nəticələnib.

Fransanın vergi orqanları süni intellekt proqramından istifadə edərək minlərlə bəyan edilməmiş özəl üzgüçülük hovuzu aşkar edib və hovuz sahiblərinə 10 milyon avro həcmində qəbz göndərilib.

“Google” və “Capgemini” tərəfindən hazırlanmış sistem hovuzları havadan çəkilmiş şəkillərdə tanıya və onları torpaq reyestrinin məlumat bazaları ilə tutuşduraraq yoxlaya bilir. Bir il əvvəl doqquz Fransa departamentində sınaq kimi başladılan bu proqram 20.356 hovuzu aşkar edib. Bazar ertəsi günü vergi admisitrasiyasiyası bu barədə məlumat verərək əldə olunan təcrübənin bütün ölkədə tətbiq ediləcəyini bildirib.

Əmlakla bağlı dəyişikliklər, o cümlədən əmlaka hovuzların əlavə edilməsi ilə bağlı işlər başa çatdıqdan sonra əmlak sahibi 90 gün ərzində bunu vergi idarəsinə bəyan etməlidir. Əmlak vergiləri əmlakın icarə dəyərinə əsaslandığı üçün əmlakda aparılan təkmilləşdirmələr sayəsində vergilər də artır. Ölkədə 30 kvadratmetrlik tipik hovuza görə illik təxminən 200 avro əlavə vergi hesablanır.

“Le fisc” adlandırılan vergi administrasiyası tərəfindən bildirilib ki, hazırda daimi çardaqlar da daxil olmaqla bəyan edilməmiş əlavə tikililəri, artırmaları və eyvanları aşkar etmək üçün yeni sistemdən istifadə məsələsi nəzərdən keçirilir.

Dövlət maliyyəsi baş direktorunun müavini xanım Antoine Magnant “Le Parisien” qəzetinə müsahibəsində deyib: "Bizim hədəfimiz xüsusilə eyvanlar kimi əlavə tikililəri aşkar etməkdir, lakin əmin olmalıyıq ki, proqram təminatı it damını və ya uşaq oyunxanasını deyil, böyük sahə tutan tikililəri tapa bilir".

Bununla belə, vergi orqanının texniki qrupundan bildirilib ki, havadan çəkilmiş düzbucaqlı formalı tikilinin artırma, yoxsa yerdə quraşdırılmış çadır, terras və ya brezent olduğunu proqram hələ tam ayırd edə bilmir.

Aprel ayında “Google-Capgemini” proqram təminatının səhvə yol vermək ehtimalının 30% olduğu iddia edilmişdi. Proqram təminatı günəş panellərini üzgüçülük hovuzları ilə səhv salmaqla yanaşı, ağacların altında və ya əmlakın kölgəsində gizlədilmiş vergiyə cəlb olunan artırmaları fərqləndirə bilməmişdi. Texnologiyanın təkmilləşdirilməsi üçün hazırda sınaqlar aparılır.

"Bu, araşdırmamızın ikinci mərhələsidir, artıq bizə əmlakın boş olub-olmadığını və vergiyə cəlb edilməli olub-olmadığını yoxlamağa imkan verəcək", - A.Magnant bildirib.

Fransada təxminən 3,2 milyon özəl hovuza olduğu təxmin edilir və 2020-21-ci illərdə Covidə görə insanların daha çox evdən işlədiyi vaxtdan əvvəl də bu sahədə böyük canlanma olduğu bildirilib.
Dövlət maliyyə orqanı DGFiP-nin məlumatına əsasən, süni zəka proqramı ölkə miqyasında tətbiq ediləcək və 2023-cü ildə özəl hovuzlara görə dövlət büdcəsinə 40 milyon avro məbləğində əlavə vergi yığılacaq.

Yayın isti keçməsi quraqlıq və su çatışmazlığı yaratdığı üçün Fransa ekoloqlarının özəl hovuzların qadağan edilməsi çağırışlarından sonra sudan istifadəyə məhdudiyyətlər qoyulub.
Avropa-Ekologiya-Yaşıllar Partiyasının (EELV) milli katibi Julien Bayou fransızların “suya münasibəti dəyişdirməsinə” ehtiyac duyduğunu bildirib. O, içməli su təchizatının təhlükə altında olduğunu nəzərə alaraq, suyun əyləncə məqsədləri üçün istifadəsini məhdudlaşdırmaq barədə düşünməyin vaxtı çatdığını qeyd edib: "Qarşıda duran əsas vəzifə üzgüçülük hovuzlarını qadağan etmək deyil, həyat üçün zəruri olan su ehtiyaclarımızı ödəməkdir".

EELV-dən Mélanie Vogel mənsub olduğu partiyanın hovuzları qadağan etmək tərəfdarı olmadığı fikrini vurğulayaraq əlavə edib: "İqlimlə bağlı addımlar atılmadığına görə içməli su əldə etmək imkanı təhlükə altındadır və biz içməli sudan istifadəsini məhdudlaşdırmalıyıq".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?