1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Malayziya ölkədən çıxış üçün vergi tətbiq edəcək

Malayziya ölkədən çıxış üçün vergi tətbiq edəcək

Malayziyada bu ilin iyun ayının 1-dən ölkədən çıxan turistlərdən 20 rinqqitdən 40 rinqqitə qədər (8 manatdan 18 manata qədər) turist vergisi tutulacaq. Vergi ölkəni müntəzəm reyslər və kruiz səfərləri ilə tərk edən turistlərə tətbiq olunacaq. Çarter reyslərinin sərnişinlərinə isə bu verginin aidiyyəti yoxdur. Səfər ACEAN ölkələrinə (Tailand, Vyetnam, İndoneziya, Kamboca, Filippinlər, Sinqapur, Myanma, Bruney, Laos) olduqda verginin məbləği 20, digər istiqamətlərə isə 40 Malayziya rinqqiti olacaq. Yerli hakimiyyət orqanlarının mövqeyinə görə, ölkədən çıxış üçün vergi turist axınına əsaslı şəkildə təsir etməyəcək. "Buna oxşar yığım artıq bir neçə ölkədə mövcuddur – bəziləri onu vergi kimi tutur, bəziləri də biletlərin qiymətinə əlavə edir", - Malayziyanın turizm və mədəniyyət naziri Mohamaddin Ketapi deyib.

Xatırladaq ki, bu ilin yanvar ayında Yaponiya ölkəni təyyarə və gəmi ilə tərk edən turistlərə min yen (20 manat) məbləğində vergi tətbiq etməyə başlayıb. Bu rüsum həm ölkə vətəndaşlarından, həm də əcnəbilərdən tutulur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?