6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstanda vergi daxilolmaları 1,5 dəfə artıb

2022-ci ilin ilk beş ayı – yanvar-may ayları ərzində Qazaxıstan büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox vergi daxil olub və vergi daxilolmaları üzrə plan 106,8 faiz yerinə yetirilib.

Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, yanvar-may ayları ərzində 5 trilyon 894,2 milyard tenqe (1.000 tenqe= 3,8595 manat) plana qarşı 6 trilyon 293,1 milyard tenqe vergi toplanıb ki, bu da plan göstəricisindən 398,9 milyard tenqe çoxdur. Qeyd edilib ki, respublika büdcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 100,3 faiz icra edilib: 4 trilyon 273,5 milyard tenqe plana qarşı 4 trilyon 284,3 milyard tenqe (10,8 milyard tenqe artıq). Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 1 trilyon 686,9 milyard tenge və ya 1,6 dəfə çoxdur.

Yerli büdcə 123,9 faiz, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,6 faiz çox icra edilib.

Daxilolmalarda ən çox artım korporativ mənfəət vergisində (1,9 dəfə), yerli istehsal malları üzrə ƏDV-də (2,2 dəfə), neft ixracı üzrə gömrük rüsumunda (2 dəfə), üçüncü ölkələrdən idxal üzrə ƏDV-də (37,8 faiz), faydalı qazıntıların hasilatı vergisində (35 faiz), Aİİ ölkələrindən idxal üzrə ƏDV-də (20,5 faiz) qeydə alınıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?