6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aİ ölkələri qlobal korporativ verginin tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər

Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirləri İqtisadi və Maliyyə Məsələləri Şurasının (ECOFIN) iclası üçün Lüksemburqda bir araya gəliblər.

Macarıstanın maliyyə naziri Mixay Varqa iclasın ictimaiyyət üçün açıq hissəsində bəyan edib ki, ölkəsi inidki mərhələdə qlobal korporativ vergi islahatını dəstəkləyə bilməz. Bu məsələnin hələ hazır olmadığına diqqət çəkən M.Varqa, problemin həlli üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

İclas ərəfəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyyarto mövzu ilə bağlı açıqlama verərək, COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi ucbatından Avropanın dərin iqtisadi problem yaşadığını və bu mərhələnin qlobal minimum verginin tətbiqi üçün uyğun vaxt olmadığını bildirmişdi.

Hazırda Aİ ölkələri arasında ən aşağı korporativ vergi dərəcəsi Macarıstandadır: cəmi 9 faiz təşkil edir. Aİ ölkələri arasında Macarıstandan başqa Polşa da qlobal korporativ verginin tətbiqinə qarşı idi. Lakin Polşa bu yaxınlarda öz mövqeyini dəyişib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2012-ci ildən bəri üzərində işlədiyi qlobal korporativ verginin tənzimlənməsi ilə bağlı ötən ilin oktyabrında razılaşma əldə edilib.

Dünyanın ən böyük iqtisadiyyata malik 20 ölkəsinin liderləri də 2021-ci ilin oktyabrında Romada keçirilən G20 Başçıları Sammitində minimum qlobal verginin tətbiqi ilə bağlı sazişi təsdiqləyiblər.

Saziş “Google”, “Amazon”, “Microsoft” və “Facebook” kimi internet şirkətləri də daxil olmaqla transmilli şirkətlərdən 2023-cü ildən etibarən ən azı 15 faiz korporativ vergi tutulacağını nəzərdə tutur. Sazişin qüvvəyə minməsi ilə transmilli şirkətlərin İrlandiya və Macarıstan kimi cəlbedici vergi dərəcələri təklif edən ölkələrdə öz qərargahlarını yaradaraq vergidən yayınmalarının çətinləşəcəyi gözlənilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?