29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Venesiya birgünlük səfər üçün 10 avroya qədər vergi tətbiq edəcək

Venesiya birgünlük səfər üçün 10 avroya qədər vergi tətbiq edəcək

Venesiya meri Luici Brunyaro bildirib ki, şəhərə birgünlük səyahətə gələn turistlərdən vergi tutulacaq. Eksperiment iyun ayında başlayacaq, altı aydan sonra şəhər rəhbərliyi yığımın gələcəkdə saxlanılıb-saxlanmayacağına qərar verəcək. Şəhərə gələnlərin hamısı xüsusi vebsayt vasitəsilə səfərlərini əvvəlcədən bron etməli olacaqlar, Veneto bölgəsinin sakinləri, eləcə də qohumlarını ziyarət etməyə gələnlər və bəzi digər kateqoriyalar yeni yığımı ödəməyəcəklər.

Venesiyaya bir neçə günlüyə gələn turistlər isə otel haqqı ilə bərabər turizm vergisini ödədikləri üçün bu yığımı ödəməkdən azad olunacaqlar. Gün ərzində Venesiyadakı turistlərin sayından asılı olaraq birgünlük səfər üçün yığımın məbləği 3 avrodan 10 avroya qədər dəyişəcək. “Bu gün çoxları anlayır ki, yerləri əvvəlcədən bron etmək sistemi daha tarazlaşdırılmış turizm idarəçiliyi üçün düzgün istiqamətdir. Biz bu çətin eksperiment ilə dünyada birinci olacağıq”, - cənab L.Brunyaro bildirib.

Qeyd edək ki, gələn çoxsaylı turist axını fonunda Venesiyaya giriş üçün vergi tətbiqi 2019-cu ildə də müzakirəyə çıxarılmış və hökumətlə razılaşdırılmışdı. Lakin pandemiyanın başlaması bu verginin tətbiqini gecikdirdi. Venesiya rəhbərliyinin məlumatına görə, şəhərə səyahətə gələnlərin axını pandemiyadan əvvəlki göstəricilərlə eyni səviyyəyə qayıdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?