23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tayvan investorlardan tutulan vergiləri azaldacaq

Tayvan investorlardan tutulan vergiləri azaldacaq

Tayvanın maliyyə bazarlarında canlanma yaranmasını təşviq etmək məqsədilə ölkənin Maliyyə Nəzarəti Komissiyası hökumətə investorların son illərdə ödədikləri vergiləri azaltmağı tövsiyə edib. Son variantda Tayvan hökumətinə təqdim olunmuş qanun layihəsi ilə bağlı komissiyanın təklifində qeyd edilib ki, hazırda dividendlərdən gələn gəlirlərdən tutulan əlavə vergilər ləğv olunmalıdır. Daha bir təklifə əsasən isə dividend gəlirlərindən tutulan vergilərlə yerli və xarici investorlar üçün vergi yükü bərabərləşdirilməlidir.

Komissiyanın sədri Cennifer Van bildirib ki, hazırda Tayvandakı investorlar Honkonq kimi bu ölkə ilə müqayisə oluna biləcək digər yurisdiksiyalardakı investorlardan daha artıq vergi ödəyirlər. Komissiyanın gəldiyi nəticəyə əsasən, son variantda təklif olunan vergi tədbirləri Tayvanın işgüzar bazarlarındakı beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək üçün prioritet məsələləri əhatə etməlidir.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?