1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
OECD-nin forumunda transfer qiymətləndirmə sisteminin təkmilləşdirilməsi müzakirə olunub

OECD-nin forumunda transfer qiymətləndirmə sisteminin təkmilləşdirilməsi müzakirə olunub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Çilinin paytaxtı Santyaqo şəhərində keçirdiyi vergi inzibatçılığına həsr olunmuş forumda genişləndirilmiş beynəlxalq uyğunluq üzrə pilot proqramı dəstəklədiyini bəyan edib. 46 ölkənin təmsil olunduğu forumda, həmçinin, audit üzrə birgə təlimat ictimaiyyətə təqdim edilib, eləcə də transfer qiymətləndirmə üzrə təkmilləşdirmə aparılmasının nəzərdə tutulduğu bildirilib. Forumda iştirak edən vergi məmurları vergi risklərinin qiymətləndirilməsinin daha ardıcıl aparılması üçün birgə işləmək barədə öhdəlik götürüblər. Bildirilib ki, transfer qiymətləndirmə sahəsində standart vəziyyətlər üçün etalonların istifadəsi və mübadiləsi imkanları öyrənilir.

İştirakçılar "Birgə audit 2019 – vergi əməkdaşlığının genişləndirilməsi və vergi etibarlılığının yüksəldilməsi" adlı nəşri təqdim etməklə birgə yoxlamalar sahəsində işlərdə irəliləyiş əldə ediblər. Hazırda qiymətləndirmə üzrə ilkin sazişin təkmilləşdirilməsi və ondan daha geniş istifadə, eləcə də vergi sazişlərində qarşılıqlı razılaşma proqramlarının hazırlanması üzərində iş aparılır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?