1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropa Parlamenti maliyyə polisinin yaradılmasını tələb edir

Avropa Parlamenti maliyyə polisinin yaradılmasını tələb edir

Avropa Parlamentinin vergi qalmaqallarına görə maliyyə cinayətlərini araşdırmaq üçün təşkil etdiyi xüsusi komissiyanın hesabatı Strasburqdakı ümumi iclasda səsə qoyulub. Maliyyə cinayətlərinə qarşı mübarizə tədbirlərinin və tövsiyələrin yer aldığı hesabatı parlament üzvləri qəbul edib: sənədin lehinə 505, əleyhinə 63 səs verilib.

Hesabata əsasən, maliyyə cinayətlərinin araşdırılması üçün ayrıca bir Avropa polis orqanının yaradılmasına ehtiyac var. Çirkli pulların yuyulmasına qarşı mübarizə aparacaq bir audit qurumunun yaradılmasının da tələb olunduğu hesabatda vergi sahəsi üzrə Birləşmiş Millətlər Təşkilatı miqyasında qlobal bir qurum yaradılmasına ehtiyac olduğu göstərilib. Avropa İttifaqı üzvü olan ölkələrin vergi qaçaqçılığı və maliyyə cinayətləri ilə bağlı normativ-hüquqi aktlara kifayət qədər əhəmiyyət vermədikləri vurğulanan hesabatda Belçika, Cənubi Kipr, Macarıstan, İrlandiya, Hollandiya, Lüksemburq və Malta kimi ölkələrin "vergi cənnəti" xüsusiyyətinə malik olduqları qeyd edilib. Hesabatda bir sıra ölkələrin sərmayə əvəzinə vətəndaşlıq hüququ verən "qızıl viza" proqramına son qoyulmasının vacibliyinə də toxunulub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?