1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Estoniya şirin içkilərin tərkibini tənzimləyir

Estoniya şirin içkilərin tərkibini tənzimləyir

Keçən ildən başlayaraq Estoniyada tərkibində 100 millilitr hesabına beş qramdan artıq şəkər olan içkilərə vergi tətbiq edilir. Maliyyə Nazirliyindən bildirilib ki, şəkərli içkilər üçün vergi tutulmasında əsas məqsəd "istehsalçıları içkilərə daha az şəkər qatmağa, istehlakçıları isə tərkibində daha az şəkər olan içkilər içməyə vadar etməklə sağlamlıqla bağlı davranışlara təsir göstərməkdir"

Qanuna əsasən, tərkibində hər 100 millilitr hesabına 5-8 qram şəkər olan içkilərin bir litrinə 0,10 avro (təxminən 20 qəpik) vergi müəyyənləşdirilib. İçkinin tərkibindəki şəkərin miqdarından asılı olaraq, bu göstərici də üç dəfəyə qədər artırılır. Tərkibində süni şirinləşdirici olan içkilərin hər litrinə qoyulan verginin dərəcəsi isə 0,10 avrodur. Estoniya hökuməti bu vergini tətbiq etməklə yanaşı, içkilərin tərkibindəki şəkərə də mərhələlər üzrə məhdudiyyət qoymağı planlaşdırıb. Bu il ölkədə istehsal olunan içkilərdə şəkərin maksimum səviyyəsi 100 millilitr hesabına 9 milliqrama, gələn il isə 8 qrama endiriləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?