30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qırğızıstanda yeni Vergi Məcəlləsi biznesə seçim imkanları yaradacaq

Qırğızıstanda yeni Vergi Məcəlləsi biznesə seçim imkanları yaradacaq

Qırğızıstan Respublikasının iqtisadiyyat və maliyyə naziri, baş nazirin müavini Akılbek Jabarov pandemiya dövründə ziyana uğramış biznes sektorlarına kömək məqsədi daşıyan anti-böhran tədbirlər planı barədə açıqlama verib. Açıqlamada bildirilir: “Yaxın zamanlarda yeni Vergi Məcəlləsinin layihəsini təqdim etmək niyyətindəyik. Yeni Məcəllə “vahid vergi ödəyicisi, vahid fiskal orqan, vahid vergi” prinsipi əsasında işləyəcək. Biz bu prinsipi iqtisadiyyatın müxtəlif sahələrinə tətbiq etməyə çalışacağıq. Bundan əlavə, indi qüvvədə olan mövcud Vergi Məcəlləsi əsasında aparılan hazırkı biznes modeli də dəyişməz qalacaq. Beləliklə, biznes üçün seçim imkanı yaranmış olacaq”, - A.Jarapov qeyd edib.

Onun sözlərinə görə, hazırda banklar ittifaqı ilə əməkdaşlıq üçün danışıq aparılır, hökumət banklar ittifaqının koronavirus infeksiyasının mənfi təsirinə məruz qalmış işgüzar dairələrə real kömək göstərəcəyinə ümid edir: “Biznesin müdafiəsinə yönəldilmiş anti-böhran tədbirlər paketi hazırlanıb. Böhrandan çıxan biznes vergi ödəyəcək. Vergi, dövlət və biznes – bu, Qırğızıstanın mövcud hökumətinin biznesə əlverişli şərait yaratması üçün özünəməxsus bir körpüdür”, - baş nazir müavini deyib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?