30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tailand bəzi məhsulların idxalına tətbiq etdiyi anti-dempinq vergilərinin müddətini uzadıb

Tailand bəzi məhsulların idxalına tətbiq etdiyi anti-dempinq vergilərinin müddətini uzadıb

Tailand Xarici Ticarət Nazirliyi bir sıra yenidən emal edilmiş polad məhsulların Yaponiya, Cənubi Afrika, Rusiya, Qazaxıtan, Hindistan, Cənubi Koreya, Tayvan, Venesuela, Argentina, Ukrayna, Əlcəzair, İndoneziya, Slovakiya və Rumıniyadan ixracına tətbiq olunan anti-dempinq vergilərinin ləğv edilməsi ilə bağlı apardığı təhlillərin nəticəsi olaraq bu vergilərin sıfırdan 128,11 faizədək dəyişən dərəcələrlə tətbiqinin beş il müddətinə davam etdirilməsinə qərar verib.

Təhlil yerli istehsalçıların şikayəti əsasında keçən ilin may ayında başlamışdı. Anti-dempinq vergi dərəcələri Əlcəzair üçün 33,26%, Argentina üçün 37,94-53,09%, Hindistan üçün 20,02-31,92%, İndoneziya üçün 24,48%, Yaponya üçün 0-36,25%, Qazaxıstan üçün 68,11-109,25%, Rumıniya üçün 27,95%, Rusiya üçün 24,20-35,17%, Cənubi Koreya üçün 2,81-58,85%, Slovakiya üçün 51,95%, Cənubi Afrika Respubikası üçün 128,11%, Tayvan üçün 3,45-25,15%, Ukrayna üçün 30,45-67,69%, Venesuela üçün 78,44% müəyyənləşdirilib.

Qeyd edək ki, Tailand hökuməti anti-dempinq vergisinin tətbiqinə 2003-cü ilin may ayından başlayıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?