30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ-də transmilli şirkətlərin ödədikləri vergilərin açıqlanması məcburi olacaq

Aİ-də transmilli şirkətlərin ödədikləri vergilərin açıqlanması məcburi olacaq

Avropa İttifaqı (Aİ) qurumları - Aİ Şurası, üzv ölkələr və Avropa Parlamenti təmsilçiləri arasında illik gəlirləri 750 milyon avrodan çox olan transmilli şirkətlərin ödədikləri vergilərin məbləğinin açıqlamasını məcburi səviyyəyə gətirəcək tənzimləyici sənədin qəbulu ilə bağlı razılıq əldə edilib.

Vergi sahəsində şəffaflığı artırmaq məqsədilə hazırlanmış “Ölkə miqyasında ictimaiyyətə açıq hesabatvermə” adlı tənzimləyici sənədə əsasən, son iki maliyyə ilində ümumi gəlirləri 750 milyon avrodan çox olan bütün transmilli şirkətlər mərkəzi ofislərinin Aİ ölkələrində yerləşib-yerləşməməsindən asılı olamayarq Aİ ölkələrində ödədikləri vergilərə dair məlumatları ictimaiyyətə açıqlamalı olacaqlar.

Vergilər haqqında hesabat elektron formatda, vahid bir Aİ şablonu ilə veriləcək. Hesabatda ödənilmiş verginin məbləğindən əlavə, mənfəət və zərər, hər ölkədə məşğulluğa cəlb olunan insanların sayı kimi məlumatlar da göstəriləcək.

Razılaşdırılmış bu tənzimləmə sənədinin qanuna çevrilməsi üçün Aİ Şurası və Avropa Parlamenti tərəfindən rəsmi təsdiqlənməsi tələb olunur. Sənəd təsdiq ediləndən sonra üzv ölkələr onu 18 ay ərzində milli qanunvericilyə daxil edəcəklər.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, transmilli şirkətlərin müxtəlif üsullarla vergidən yayınması Avropada hər il 50 milyard avro həcmində büdcə itkisinə səbəb olur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?