30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada koronavirus peyvəndi istehsalçıları üçün ƏDV-nin əvəzləşdirilməsi sadələşdirilir

Rusiyada koronavirus peyvəndi istehsalçıları üçün ƏDV-nin əvəzləşdirilməsi sadələşdirilir

Rusiya hökuməti tərəfindən Dövlət Dumasına təqdim olunan qanun layihəsi koronavirus pevyəndi istehsalçılarına ƏDV-ni bildiriş qaydasında əvəzləşdirməyə imkan yaradacaq.

Təşəbbüsün başlıca məqsədi dövriyyədə olan vəsaitlərin yerinin doldurulması və peyvənd istehsalının və tədarükünün əhəmiyyətli həcmdə artması zərurəti yarandıqda istehsalçıların xərclərinin azaldılmasıdır.

Qanun layihəsinə əsasən, rübün yekunlarında vergi çıxılmalarının məbləği şirkətin hesablanmış ƏDV-sindən artıq olduqda fərqi büdcədən əvəzləşdirmək mümkün olacaq. Bu cür vəziyyətlər ixrac əməliyyatları zamanı və 20 faizlik dərəcə ilə alınmış məhsulların 10 faizlik dərəcə ilə satılması zamanı yaranır.

Hökumət peyvənd istehsalçıları üçün ƏDV-nin əvəzləşdirilməsini 2021-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sadələşdirməyi təklif edib. Bunun nəticəsində peyvənd istehsalçıları vergi bəyannaməsi yoxlanışının başa çatmasını gözləmədən ƏDV-ni əvəzləşdirə biləcəklər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?