30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Keçən il dünya iqtisadiyyatı vergidən yayınmaya görə 427 milyard dollar itirib

Keçən il dünya iqtisadiyyatı vergidən yayınmaya görə 427 milyard dollar itirib

“Tax Justice Network” (TJN – Ədaləti Vergi Şəbəkəsi) adlı beynəlxalq qeyri-hökumət təşkilatı 2020-ci ilin yekunlarına dair hesabatını açıqlayıb.

Pandemiyaya düçar olmuş ölkələrin koronavirusun ikinci və üçüncü dalğaları ilə mübarizə apardıqları bir şəraitdə bizim araşdırmamız ilk dəfə hər bir ölkənin vergi sahəsində sui-istifadə hallarına görə məruz qaldığı itkiləri, eləcə də hansı ölkələrin və yurisdiksiyaların buna görə məsuliyyət daşıdıqlarını əks etdirir", - hesabatda göstərilib.

Təşkilatın qiymətləndirməsinə əsasən, keçən il dünyadakı vergi itkisinin ümumi məbləği 427 milyard dollar olub ki, bu da 34 milyon tibb bacısının illik qazancına bərabərdir.

İtirilmiş vergi məbləğinin böyük hissəsi – 245 milyard dolları iri şirkətlərin payına düşür. Özəl şəxslər isə 182 milyard dollar həcmində vergini ödəməyiblər. Şirkətlər hər il təxminən 1,38 trilyon dollar vəsaiti vergi sığınacaqlarına daşımaqla vergidən yayınırlar. Özəl şəxslər isə ümumilikdə 10 trilyon dollar məbləğində aktivlərini vergi cənnətlərində saxlayırlar.

İl ərzində yüksəkgəlirli dövlətlər daha çox 382 milyard dollar vergi itiriblər. Azgəlirli dövlətlər bununla müqayisədə daha az – cəmi 45 milyard dollar vergi itirsələr də, vergidən yayınmanın ən ağır təsirinə də onlar məruz qalıblar: onların itkisi ümumi səhiyyə xərclərinin 52 faizini təşkil edir. Yüksəkgəlirli dövlətlərdə isə bu göstərici 8 faizdir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?