1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin bu il vergi yükünü azaldacaq

Çin bu il vergi yükünü azaldacaq

Çin hökuməti 2019-cu ildə istehsalın, eləcə də özəl biznesin inkişaf etdirilməsi məqsədilə vergi yükünü 1,3 trilyon yuan (təxminən 194 milyard dollar) azaltmağı planlaşdırıb. Bu plan keçən illə müqayisədə daha aqressivdir və əlavə dəyər vergisinin dərəcəsinin aşağı salınmasına yönəldilib. Çin Xalq Respublikasının Dövlət Vergi İdarəsi rəhbərinin müavini Jen Jufun sözlərinə görə, bu il vergilərin və yığımların azaldılması vergi orqanlarının fəaliyyətində ayrıca yer tutur: "Biz artıq vergi dərəcəsinin gələcəkdə azaldılmasına hazırlıq çərçivəsində müəyyən dəyişikliklər etmiş və vergitutma sistemini yeniləmişik".

Qeyd edək ki, nəzərdə tutulmuş planın uğurla həyata keçirilməsi özəl şirkətlərə mənfəətlərini orta hesabla 2 faiz artırmağa imkan verəcək. Hazırda Çinin iqtisadi artım tempinin aşağı düşməsi, eləcə də ABŞ-la ticarət münasibətlərində baş verən təbəddülatlar şəraitində iqtisadiyyata xarici təzyiqin güclənməsi fonunda istehsala tətbiq olunan vergi yükünün azaldılması xüsusi aktuallıq kəsb edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?