1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kanadada vergi bəyannamələrinin verilməsi mövsümü davam edir

Kanadada vergi bəyannamələrinin verilməsi mövsümü davam edir

Kanadanın Vergi Agentliyi (CRA) 2019-cu il üçün vergi bəyannamələrinin təqdim olunması mövsümünə fevralın 19-da start verib. Artıq CRA-da gəlir vergisinin və gəlirlər haqqında bəyannamələrin işlənilməsinə başlanılıb. Vergi bəyannamələrinin və gəlirlər haqqında bəyannamələrin əksər hissəsinin təqdim olunma tarixi aprelin 30-da başa çatır. Özüməşğul şəxslər isə bəyannamələrini iyunun 15-dək təqdim etməlidirlər. Aprelin 30-dək CRA fərdi vergi sorğuları ilə bağlı axşamlar iş saatlarının artırılması və istirahət günlərində işləmək rejimini tətbiq edib. Agentlikdən bildirilib ki, müraciətlərin işlənilməsi ilə məşğul olan mərkəzlərin işində əhəmiyyətli təkmilləşdirmələr aparılıb. Keçən il 29 milyondan artıq ödənilmiş vergilərin geri qaytarılmasının, demək olar ki, 90 faizi onlayn rejimdə həyata keçirilib.

Gəlirlər naziri Diana Lebuillier deyib: "Son üç ildə hökumət xidmətlərin keyfiyyətinin yüksəldilməsini prioritet vəzifələrdən biri kimi qarşımıza qoyub. CRA-nın göstərdiyi yeni xidmətlər kanadalıların maliyyə təhlükəsizliyini sadələşdirib, prosesləri sürətləndirib və təhlükəsizliyin səviyyəsini yüksəldib. Aparılmış dəyişikliklər kanadalıların həyatında öz səmərəli nəticələrini göstərir".

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?