30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BVF rəhbərliyi dünyada minimal korporativ vergi dərəcəsinin müəyyənləşdirilməsinə nikbin yanaşır

BVF rəhbərliyi dünyada minimal korporativ vergi dərəcəsinin müəyyənləşdirilməsinə nikbin yanaşır

Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristalina Georgiyeva Fondun “təzyiq altındakı korporativ vergilər: islahat nəyə görə zəruridir və necə planlaşdırıla bilər?” başlıqlı kitabın təqdimatında çıxış edib.

Dünyanın COVID-19 pandemiyası və iqlim dəyişikliyi ilə əlaqədar iki “tragik və bahalı” böhranla qarşı-qarşıya olduğunu bildirən K.Georgiyeva deyib: “Yenilənmiş çoxtərəflilik ruhu ilə birləşən bu təcili ehtiyaclar bizə beynəlxalq vergi sistemini yenidən düşünmək və düzəltmək, 21-ci əsrə həqiqətən uyğun gələn bir sistem yaratmaq üçün misilsiz fürsət verir”.

BVF sədri AŞB maliyyə naziri Janet Yellenin qlobal minimum korporativ vergi ilə bağlı G20 ölkələri ilə iş apardıqlarını xatırladaraq bu cür çoxtərəfli yanaşmanın yüksək gəlirli transmilli firmaların inkişaf etməkdə olan ölkələr də daxil olmaqla mühüm öhdəliklər daşıdığı ölkələrə vergi ödəmələrini təmin etməyin yeganə yolu olduğunu vurğulayıb.

BVF rəhbəri K.Georgiyeva bildirib: “2021-ci ildə korporativ vergi ilə əlaqədar qlobal bir sazişin imzalanacağına xüsusilə nikbin baxırıq. Bu, hər kəsin itirəcəyi xaotik bir vergi və ya ticarət müharibəsinə girmək riskinin qarşısını almaq üçün təcili lazımdır”.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?