24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ rəqəmsal vergi tutan ölkələrə əlavə vergi tətbiq etməyə hazırlaşır

ABŞ rəqəmsal vergi tutan ölkələrə əlavə vergi tətbiq etməyə hazırlaşır

Amerika Birləşmiş Ştatlarının ticarət təmsilçisi xanım Katerine Tai altı ölkənin – Avstriya, Böyük Britaniya, Hindistan, İtaliya, İspaniya və Türkiyənin mallarına vergi tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib. Bu addımın atılmasına səbəb kimi isə həmin ölkələrdə Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi tətbiq edilməsi göstərilir.

ABŞ ticarət təmsilçisi Braziliya, Çex Respublikası, Avropa İttifaqı ölkələri və İndoneziyanı əhatə edən vergi təhqiqatlarının başa çatdığını bildirib: çünki bu ölkələr əvvəlki qiymətləndirmələrinə baxmayaraq rəqəmsal xidmətlərə vergi tətbiq etmirlər. Əgər bu ölkələr də vergi tətbiq etmək yolunu seçərlərsə, vergi təhqiqatına yenidən başlanılması mümkündür.

Amerikanın İtqisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) vasitəsilə vergi məsələləri ilə bağlı beynəlxalq razılıq əldə olunması öhdəliyinə sadiq olduğunu bildirən xanım Tai belə bir razılığın əldə olunmasına qədər vergi tətbiqi variantını qiymətləndirəcəklərinin mesajını verib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması