30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
G20 ölkələrinin yığıncağında rəqəmsal verginin tətbiqi ilə bağlı məsələ müzakirə edilib

G20 ölkələrinin yığıncağında rəqəmsal verginin tətbiqi ilə bağlı məsələ müzakirə edilib

G20 ölkələrinin iqtisadiyyat və maliyyə nazirləri ilə mərkəzi banklarının rəhbərləri qurumun hazırkı sədri olan İtaliyanın ev sahibliyi ilə ilk yığıncağını keçirib. Videokonfrans formatında keçirilmiş tədbirdə COVID-19-un yaratdığı səhiyyə və iqtisadi böhrandan mümkün qədər tez çıxmağın yolları müzakirə edilib. Yığıncaqdan sonra İtaliyanın iqtisadiyyat və maliyyə naziri Daniel Franko mətbuat konfransı keçirib.

G20 həmkarları ilə ilk toplantıda pandemiyadan sonra güclü və sağlam bərpa üçün qlobal iqtisadiyyat və siyasətlərə diqqət yönəldildiyini bildirən D.Franko: "Yaxşılaşma kövrək prosesdir. Qlobal çətinliklərə qarşı koordinasiyaya ehtiyac var", - deyib.

Toplantıda internet üzərindən xidmət göstərən iri rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi mövzusunun da müzakirə olunduğu qeyd edilib. D.Franko transmilli rəqəmsal şirkətlərin minimal səviyyədə vergiyə cəlb edilməsini nəzərdə tutan qlobal sazişin tərəfdarı olduqlarını, lakin bu məsələdə "şeytanın detallarda bəlli olacağını" ifadə edib.

ABŞ-ın rəqəmsal vergilərlə bağlı açılımının önəmli olduğuna diqqət yönəldən D.Franko deyib: "Rəqəmsal vergilərlə bağlı qlobal bir saziş üçün müddət 2021-ci ilin ortasına müəyyənləşdirilib. İyulda Venesiyada keçirəcəyimiz toplantıda bir saziş əldə ediləcəyi ümidindəyik. Bunun çox mühüm nəticələri olacaq".

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?