30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ İngiltərəni "Brexit" sazişinin şərtlərini pozmaqda ittiham edir

Aİ İngiltərəni "Brexit" sazişinin şərtlərini pozmaqda ittiham edir

Avropa İttifaqı (Aİ) Komissiyası sədrinin müavini Maros Sefkoviç İngiltərə hökumətinin, xüsusi olaraq da qida və kənd təsərrüfatı məhsulları ticarətində 1 sentyabra qədər gömrük yoxlaması aparılmayacağı barədə bəyanatından sonra yazılı açıqlama verib.

Açıqlamada İngiltərənin birtərəfli hərəkətindən narahatlıq ifadə olunub, bunun Aİ ilə Böyük Britaniya arasındakı "Brexit" Ayrılma Sazişi və Şimali İrlandiya Protokolu şərtlərinin pozulması mənasını daşıdığı qeyd edilib.

İngiltərənin bundan əvvəl də "Brexit" sazişinin bəzi maddələrini dəyişdirəcək bir layihə təşəbbüsündə olduğu xatırladılan açıqlamada ingilislərin Aİ-ni məlumatlandırmadan birtərəfli davranmasının konstruktiv addım olmadığı və təəssüf doğurduğu vurğulanıb.

Açıqlamada bu vəziyyətin beynəlxalq hüquqa zidd olduğuna diqqət yönəldilərək Aİ Komissiyasının Breksit sazişində müəyyənləşdirilmiş qanuni yallara uyğun hərəkət edəcəyi barədə xəbərdarlıq olunub.

Qeyd edək ki, "Brexit" sazişinə görə, Böyük Britaniya Aİ-ən ayrılsa da, Şimali İrlandiya Aİ ilə gömrük birliyində qalır.

İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdən ibarət Birləşmiş Krallıqda 2016-cı ildə aparılmış referendumda Aİ-dən ayrılmaq qərarı alınıb.

Aİ-dən ayrılan İngiltərə Aİ ilə ikili münasibətlərə dair danışıqlar aparıb və tərəflərin imzaladığı ticarət sazişinə əsasən, bu il yanvarın 1-dən gömrük vergisi və kvotalar tətbiq olunmadan ticarəti davam etdirmək qərara alınıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?