1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ-Çin "ticarət müharibəsi"ndə "atəşkəs" elan edilir

ABŞ-Çin "ticarət müharibəsi"ndə "atəşkəs" elan edilir

ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən əlavə gömrük vergilərinin artırılması ilə bağlı bu il martın 1-nə nəzərdə tutulan qərarın "məhsuldar görüşmələr" nəticəsində təxirə salındığını bildirib. Həmin qərara əsasən, 200 milyard dollar dəyərində Çin mallarını əhatə edən əlavə vergilərin dərəcəsi 10 faizdən 25 faizə qaldırılmalı idi. ABŞ-ın dövlət başçısı jurnalistlərə verdiyi açıqlamada Floridada Çin lideri Şi Cinpinq ilə görüş planlaşdırdığını və həmin görüşdə ümumi razılığa gələ biləcəklərini söyləyib.

Çinin rəsmi mətbuat orqanı olan "Şinhua" xəbər agentliyi texnologiyaların mübadiləsi, zehni mülkiyyət hüquqları və kənd təsərrüfatı sektorları ilə bağlı danışıqlarda ciddi irəliləyişlər əldə edildiyini yazıb. Qeyd edək ki, ABŞ ilk dəfə keçən ilin iyul ayında 34 milyard dollar dəyərində Çin malları üçün vergiləri artırmış, bundan sonra isə 16 milyard dollar dəyərində Çin malları üçün 25 faizlik vergi tətbiq etmişdi. Bundan sonra Çin tərəfi də ABŞ-a qarşı oxşar addımların atılacağı barədə bəyanatlarla çıxış etmişdi. ABŞ və Çin dövlət başçıları davam edən "ticarət müharibəsinin" qarşısının alınması üçün 2018-ci ilin dekabr ayında müzakirələr aparmaq üçün 90 günlük "atəşkəs" elan etmişdilər. Həmin müddət isə martın 1-də başa çatır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?