6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Messi son müqaviləsi üçün İspaniya büdcəsinə 370 milyon avro vergi ödəyəcək

İspaniya mətbuatında yayılmış xəbərə görə, argentinalı futbol ulduzu 275 milyon avro həcmində gəlir vergisindən əlavə, imic haqlarından və reklam müqavilələrindən əldə etdiyi gəlirlərdən ödəyəcəyi vergi ilə birlikdə İspaniyanın dövlət büdcəsinə qarşıdan gələn dörd il ərzində ümumilikdə 370 milyon avro pul ödəyəcək. Bu rəqəmin İspaniyada fəaliyyət göstərən bir sıra məşhur şirkətlərin ödədikləri vergidən artıq olduğu vurğulanır.

“El Mundo” qəzetində verilmiş məlumatda Lionel Messinin imic haqları və digər sponsorluqlar üçün ödədiyi vergilər də nəzərə alınmaqla büdcəyə ödədiyi vəsaitin orta hesabla 120 min İspaniya vətəndaşının ödədiyi vergi qədər olduğu bildirilib.

Xatırladaq ki, L.Messi və atasına 2016-cı ilin iyul ayında vergi fırıldaqçılığı iddiası ilə cinayət işi açılmış və ilk mərhələdə Messiyə 21 ay həbs cəzası kəsilmişdi. Altı dəfə “Qızıl top” mükafatına layiq görülmüş 33 yaşlı super ulduz bunun qarşılığı olaraq 1,7 milyon cərimə ödəməli olmuşdu.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?