29 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fransa ABŞ-la internet vergisinin həlli istiqamətində səylərini davam etdirir

2019-cu ildən bəri Fransa ilə ABŞ arasında iri internet şirkətlərindən vergi tutulması məsələsi ətrafından mübahisələr davam etməkdədir.

Fransanın İqtisadiyyat Naziri Bryuno Le Mer mətbuat açıqlamasında yeni tip koronavirus (COVİD-19) epidemiyasının yol açdığı iqtisadi böhrandan ən çox faydalananların internet nəhəngləri olduğunu, buna görə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)çərçivəsində qarşıdakı aylarda vergi nizamlamasının həllinin zəruri olduğunu bildirib.

İnternet şirkətlərinə Fransada əldə etdikləri gəlirə tətbiq olunan vergi ilə bağlı ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydeni inandırmaq üçün yaya qədər ona zaman verildiyini bildirən Le Mer bunun gerçəkləşməyəcəyi təqdirdə ümumilikdə Avropa miqyasında bir həll yolunun tapılmasına ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, Fransa 2019-cu ilin iyun ayından bu yana “Google”, “Apple”, “Facebook”, “Amazon” kimi internet nəhənglərinin əldə etdikləri gəlirlərə 3 faizlik vergi tətbiq edir və bu vergi Fransaya 400 milyon avro gəlir gətirib.

Fransanın ABŞ internet şirkətlərinə vergi tətbiq etməyi iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. 2020-ci ildə ABŞ OECD-nin bu vergi ilə bağlı beynəlxalq səviyyədə həllyolunun tapılması mövzusunda müzakirələrdə iştirak etməkdən imtina etmişdi.

.ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzer 2019-cu ildə verdiyi açıqlamada Fransanın ABŞ-ın texnologiya şirkətlərinə qoyduğu verginin ədalətsiz olduğu qənaətinə gəldiklərini və bu addıma cavab olaraq Fransadan ABŞ-a idxal edilən 2,4 milyard dollar dəyərində şərab, şampan, pendir kimi məhsullara 100 faizə çatan əlavə gömrük vergisi tətbiq etməyi planlaşdırdıqlarını bildirmişdi.

.

VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi?