1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada özüməşğul şəxslərin "kölgədən çıxması" üçün ucuz kredit təklif olunur

Rusiyada özüməşğul şəxslərin "kölgədən çıxması" üçün ucuz kredit təklif olunur

Biznes ombudsmanı Boris Titov özüməşğul əhalinin vergi uçotuna durmasını stimullaşdırmaq üçün maraqlı təkliflə çıxış edib. Onun sözlərinə görə, əgər bu cür insanlara aşağı faizli kreditlər verilsə, onlar böyük həvəslə "kölgədən çıxıb", qeydiyyata düşəcəklər.

Titov Tatarıstan Maliyyə Nazirliyinin kollegiya iclasında deyib: "Kölgə"də vəsait əldə etməyin iki yolu var – ya qohumların və ya tanışların olmalıdır, ya da istehlak krediti almalısan". Ombudsmanın sözlərinə görə, Rusiya Federasiyası subyektləri arasında özüməşğulların qeydiyyatına görə Moskva birinci yerdədir. Tatarıstanda cəmi 3 min fərdi özüməşğul insan qeydiyyata alınıb. 2019-cu idən Rusiya üzrə ümumilikdə 20 min özüməşğul şəxs qeydiyyata alınıb. Qeyd edək ki, özüməşğul vətəndaşlar üçün vergi rejiminin tətbiqi ilə bağlı eksperiment Moskva şəhərində, Moskva və Kaluqa vilayətlərində, eləcə də Tatarıstan Respublikasında 2019-cu il yanvarın 1-dən başlayıb.

Özüməşğul kateqoriyasına özü üçün işləyən şəxslər, eləcə də taksi sürücüləri, dayələr və repititorlar daxildir. Onlar fiziki şəxslərlə işləyəndə 4 faiz, təşkilatlarla işləyəndə isə 6 faiz dərəcə ilə vergi ödəyirlər. Özüməşğul şəxslər üçün "Moy naloq" ("Mənim vergim") adlanan mobil proqram təminatı hazırlanıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?