27 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeddi ayda Astara yük terminalından 220 min 358 ton tranzit yükü nəql edilib

Şimal-Cənub” və “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizləri vasitəsilə tranzit rejimində Azərbaycan ərazisi ilə nəql edilən yüklərin həcmi Astara yük terminalında 7 ayı ərzində 220 min 358 ton yük və ya 3799 vaqon təşkil edib. Bu da ötən ilin göstəricisindən daha çoxdur. 2019-cu ilin eyni dövründə müvafiq olaraq 160 min 537 ton yük və 2406 vaqon təşkil edib.

“ADY Express” MMC-dən bildirilib ki, hesabat dövründə Astara (İran) yük terminalında ümumən 5348 vaqonda 275 min 283 ton yük aşırılıb. Bunlardan 2114 vaqonda 132 min 736 ton yük Astaraya nəql edilib. Astaradan isə 3234 vaqonda 142 min 547 ton yük daşınıb. Astara terminalında yüklərin ortalama gündəlik daşınması 1529 ton və ya 30 vaqon təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 12,3 faiz çoxdur. Əsas yük növlərini taxta və taxta məmulatları, dənli bitkilər, meyvə-tərəvəz, tikinti materialları və sair təşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında Astara (İran) yük terminalından keçən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çox yük daşınıb. 2019-cu ilin eyni dövrü ərzində Astara (İran) yük terminalından 3124 vaqonda 194 min 265 ton yük keçib.
“Şimal-Cənub” marşrutu ilə yük daşımalarının həcminə görə lider olan ölkələr isə Rusiya və İran olub.
Onu da qeyd edək ki, iyunun əvvəlindən, Gürcüstan dəmir yolları İrandan Gürcüstan istiqamətinə daşınan yüklərin qəbuluna birtərəfli qaydada qadağa qoyduğundan, “Cənub-Qərb” dəhlizi ilə yükdaşımalar faktiki olaraq dayandırılıb. Bu marşrutla orta hesabla ayda 10 min tona yaxın yük daşınırdı və bu yüklər hazırda nəql edilmir. Əks halda Astara terminalında aşırılan yüklərin ümumi həcmi daha da artıq ola bilərdi.

Xatırladırıq ki, Astara yük terminalında yüklərin aşırılması üzrə operator “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dir.

Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur?