Diri çəkidə ət istehsalı 3,1 faiz artıb
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 298,4 min ton, süd istehsalı 1,9 faiz artaraq 1242 min ton, yumurta istehsalı 7 faiz artaraq 1169,6 milyon ədəd və yun istehsalı 0,5 faiz artaraq 15 min ton olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə 446,6 ton barama istehsal edilib.
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 0,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.