15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial sahibkarlıqla bağlı ictimai müzakirələrə start verilib

Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər. Bu sahə Azərbaycanda yeni olmasına baxmayaraq, artıq müəyyən addımlar atılıb.

Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan “Education HUB” ictimaiyyətin diqqətini bu sahəyə yönəlmək üçün silsilə müzakirələrə başlayıb. Müzakirələrdə sosial sahibkarlığın Azərbaycan qanunvericiliyində hüquqi bazası, sosial sahibkarlığın ölkəmizə gətirdiyi və gətirə biləcəyi faydalar, eləcə də ortaya çıxan çətinliklər müzakirə edilib.

İlk müzakirənin moderatorları hüquqşünas Abil Bayramov və “Education HUB”un proqram meneceri Gülnarə İsmayılova olublar.

Sosial sahibkarlar Vüsalə Məhərrəmova, Sara Rəcəbli, Reyhan Məmmədova, Ülviyyə Babayeva çıxışlarında bu sahədə maarifləndirmə işinin vacibliyini vurğulayaraq sosial sahibkarların cəmiyyət üçün gətirdiyi dəyərlər haqda danışıblar.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti proqramının təqaüdçüsü Arzu İsmayılova sosial sahibkarlıqda innovativ təşəbbüslərin önə çəkilməsinə xüsusi diqqət yetirib. Müzakirənin iştirakçıları sosial sahibkarlığın qanunvericiliklə hüquqi statusunun tənzimlənməsi, vergi güzəştlərinin hazırlanması və sair məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

“Education HUB” tərəfindən Sosial Sahibkarlar Assosiyasının yaradılması təşəbbüsü irəli sürülüb və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?