3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron Kredit Platforması sahibkarlar üçün bərabər imkanlar yaradır

Ötən ilin qış aylarından başlayaraq dünyada geniş vüsət alan COVID-19 pandemiyası bütün ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən iqtisadi və sosial problemlər yaradıb. Hökumətin atdığı addımlar xalqın həyat səviyyəsinin yüksəldilməsinə, ölkənin sosial-iqtisadi həyatında geriləmələrin tam və ya qismən qarşısının alınmasına və bu yolla pandemiyanın vurduğu zərərlərdən minimum itki ilə çıxmağa yönəlib. İqtisadçı ekspert Pərvin Mehdiyev mövzu ilə bağlı fikirlərini bölüşür.

Dövlətin gördüyü təsirli tədbirlərdən biri Elektron Kredit Platformasının işə düşməsidir. Prezident İlham Əliyevin 2020-ci il 4 iyun tarixli fərmanından sonra Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsində dəyişikliklər edilərək Elektron Kredit Platforması sahibkarların istifadəsinə verilib.

Elektron Kredit Platforması sahibkarlara iki istiqamətdə xidmət göstərir: birincisi, yeni biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir hissəsinin subsidiyalaşdırılması. Bunun ümumi məbləği 500 milyon manat təşkil edir. Sahibkarlar bu məsələ ilə bağlı Elektron Kredit Platformasına müraciət etdikdə onların qarşısına kreditlərlə bağlı biri sürətli, digəri ənənəvi olmaqla iki müraciət forması çıxır. Sürətli kreditlərin məbləği 200 min manata, ənənəvi kreditlərin məbləği isə 3 milyon manata qədər müəyyən olunub.

Elektron Kredit Platformasının sahibkarlara göstərdiyi xidmətin digər istiqaməti 10 mart 2020-ci il tarixinə qədər dövlət zəmanəti olmayan mövcud biznes kreditlərinin faiz dərəcələrinin bir hissəsinin subsidiyalaşdıırılması ilə bağlıdır. Bu kredit portfelinin ümumi məbləği 1 milyard manatdır. Güzəşt 10 mart 2020-ci il tarixinə qalıq məbləği 5 milyon manatadək olan kreditlərə şamil ediləcək. Mexanizm çərçivəsində kreditlər 11 mart 2020-ci il tarixindən etibarən 12 aydan çox olmayan müddətə verilir və həmin məbləğ dövlət tərəfindən subsidiyalaşdırılır. Sürətli kreditlərlə bağlı müraciətə 7 gün, ənənəvi kreditlərlə bağlı müraciətə isə 10 gün ərzində baxılır. Kreditlərin müddəti 3 ilədəkdir. İllik bank faizi isə 15 faiz müəyyən edilib. Bunu sahibkarların itirdiyi məbləğin və ya çəkdikləri zərərin kompensasiya edilməsi üçün dəstək kimi qiymətləndirmək olar.

Mövcud pandemiya şəraitində hökumətin atdığı bu addım pandemiyadan sonra iqtisadiyyatın canlandırılması üçün ciddi zəmin yaratmaqla yanaşı, bunun ölkənin maliyyə-kredit sistemində önəmli müsbət rolu var. Kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasının müsbət tərəflərindən biri kredit risklərinin azaldılması ilə bağlıdır ki, indi bu risklər dövlətlə sahibkar arasında bölüşdürülür. Mahiyyət etibarilə dövlət prosesdə bir sığortaçı kimi iştirak edir və kredit faizlərinin ödənilməsi ilə bağlı sahibkarın yanında olduğunu, onunla şərikliyini hiss etdirir.

Elektron Kredit Platforması kiçik və orta sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxış imkanlarını da genişləndirir. Burada müraciətin onlayn edilməsi işləri asanlaşdırır. Bununla sahibkar vaxta və xərclərə qənaət edir, müraciətlərini izləyə, onun hansı mərhələdə olduğunu, ona hansı cavab verildiyini görə bilir. Təsdiq cavabı gəldiyi halda, sahibkara müəyyən şərtlərlə kredit təklif olunur və sahibkar cavabı təsdiq edərək kreditdən faydalana bilir. Mənfi cavab gəldikdə müraciətdən imtina olunma səbəbi izah edilir və sahibkar çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilir. Bu, şəffaflıq naminə atılan ciddi addımdır, artıq burada neqativ hallara yer yoxdur. Bu, həm də sahibkarlar üçün bərabər imkanların yaradılmasını təmin edir.

Bundan başqa, yeni elektron resurs rəqabətin artmasına və münasibətlərin sağlamlaşdırılmasına imkan verir ki, bu, iqtisadi aktivliyin bərpa edilməsində mühüm əhəmiyyət daşıyır. Bununla pandemiyadan zərər çəkmiş sahələrə investisiya qoyuluşlarında risklər azalır, məşğulluğun təmin olunmasına əlverişli zəmin yaranır.

Elektron Kredit Platforması maliyyə-bank sektorunun canlanmasına, xüsusilə bank sektorunda problemli kreditlərin həcminin yüksəlməsi riskinin aradan qaldırılmasına təkan verir.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması