11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft gəlirlərinin azalması büdcədə ahəngdarlığın pozulmasına səbəb olub

2020-ci ilin ilk iki ayı bu ilə olan proqnozların doğrulacağına zəmin yaratmışdı. Lakin dünyada yayılan koronavirus pandemiyası bütün ölkələr kimi, Azərbaycan iqtisadiyyatından da yan keçmədi. Qeyri-neft gəlirlərinin azalması büdcədə ahəngdarlığın pozulmasına səbəb olub və büdcəyə yenidən baxılması zərurəti yaranıb.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin plenar iclasında deyib.

Tahir Mirkişili qeyd edib ki, pandemiya ilə əlaqədar 2 milyard 299 milyon manat nəzərdə tutulmayan xərclər meydana çıxıb: “İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də Prezident İlham Əliyevin tapşırığı ilə belə bir qanun layihəsi hazırlanıb və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edilib”.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?