10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

Yeni güzəştli kreditləşdirmə mexanizmləri koronavirus pandemiyasından zərərçəkmiş sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinə dəstək olmaqla, biznesi kredit öhdəliklərinin yarada biləcəyi əlavə çətinliklərdən sığortalayacaq, bu sahədə sahibkarların maliyyə yükünü azaldacaq. Bu mexanizmlər, həmçinin KOB-ların maliyyə resurslarına çıxış imkanlarının daha da genişləndirilməsinə, investisiya fəallığının artmasına müsbət təsir göstərəcək.

Bu barədə yeni güzəştli kredit mexanizmlərinin sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində əhəmiyyətini şərh edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib.

“Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır. Belə ki, sahibkarların kredit götürərkən qarşılaşdıqları ən böyük çətinlik girovla bağlıdır. Kiçik sahibkarların isə girov qoymaq imkanları daha məhduddur. Yeni kreditləşdirmə mexanizminin üstün tərəflərindən biri ondan ibarətdir ki, avadanlıq almaq üçün güzəştli kredit götürən sahibkar daşınmaz əmlakı olmadığı halda bu avadanlığı girov kimi qoya biləcək. Bu mexanizm çərçivəsində bankların kredit faizi illik 7 faizdir. Bu mexanizm biznes subyektlərinin, xüsusilə də girov qoymaq imkanı olmayan kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirməklə yanaşı, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək”, - deyə KOBİA sədri diqqətə çatdırıb.

O.Məmmədov qeyd edib ki, yeni güzəştli kreditləşdirmə mexanizmlərində kənd təsərrüfatının uzunmüddətli kredit qoyuluşu tələb edən sahələri də nəzərə alınıb: “Mikro və kiçik sahibkarların fəaliyyət göstərdiyi başlıca sektorlardan biri kənd təsərrüfatıdır. Çayçılıq, bağçılıq kimi sahələr uzunmüddətli kredit qoyuluşuna ehtiyac olan sahələrdir. Məhz belə sahələrdə kiçikhəcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, ortahəcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti kimi müəyyənləşdirilib. Bu aqrar sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara daha çox gəlir əldə etməyə, kredit faizini əldə etdikləri qazancdan ödəməyə imkan verəcək”.

Yeni güzəştli kreditləşdirmə mexanizmlərindən olan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması mexanizminə gəlincə O.Məmmədov deyib ki, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60 faizədək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir. Kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması KOB-lar tərəfindən daha çox layihələrin reallaşdırılmasına imkan yaradır. Biznes subyektlərinin yeni kreditləşdirmə mexanizmlərindən rahat yararlanmaları üçün istifadəyə verilmiş Elektron Kredit Platforması (www.e-edf.gov.az) sahibkarların qısa müddətdə güzəştli kreditlər əldə etmələrinə imkan verir. Elektron Kredit Platforması, həmçinin tərəflər arasında təması minimuma endirir, vaxta və xərclərə qənaət edir, kredit prosesini hər addımda onlayn izləmək imkanı yaradır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?