8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron Kredit Platforması sahibkarların kredit üçün müraciətlərini asanlaşdırıb

Məlumat verildiyi kimi, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılıb və 30 iyun tarixindən sahibkarların istifadəsinə verilib. Hazırda kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və kredit təşkilatları tərəfindən təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması ilk dəfə tətbiq olunan bu platforma vasitəsilə həyata keçirilir.

22 iyul tarixinədək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 495 milyon manat olan 1447 müraciət daxil olub. Artıq bir sıra müraciətlərə baxılıb və 46 müraciət üzrə ümumi həcmi 5.6 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcəkdir.

Biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, sahibkarlar kredit üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə İqtisadiyyat Nazirliyində və müvəkkil kredit təşkilatlarında eyni vaxtda baxılır, eləcə də müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin edilir, sağlam rəqabət mühiti formalaşdırılır, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, vaxta və xərclərə qənaət olunur.

Bu gündən etibarən Elektron Kredit Platformasında sahibkarlar üçün əlavə olaraq yeni bir imkan da yaradılıb. Belə ki, artıq sahibkarlar biznes kreditlərinin alınması üçün 3 kredit təşkilatını seçə və eyni vaxtda 3 kredit təşkilatına müraciət edə bilərlər. Bu isə, sahibkarların kreditlərə çıxış imkanlarını daha da artırmaqla yanaşı, kredit təşkilatları arasında sağlam rəqabət mühitinin formalaşmasına müsbət təsirini göstərəcəkdir.

Qeyd edək ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir.

Sahibkarlar aldıqları kreditləri təyinatı üzrə istifadə etməli və digər kredit öhdəliklərinin bağlanmasına yönəltməməlidirlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?