Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət davam etdirilir
İqtisadiyyat Nazirliyinin 21-22 iyul tarixlərində keçirdiyi növbəti monitorinqlərdə Füzuli rayonunda “Oba market”də, “Mandarin market”də, "Dokta" MMC-yə məxsus “Aptek”də, Astara rayonunda “Ballı Market”də, Vahid İbadova məxsus “Avtomobil ehtiyat hissələri”, Qalib Həsənova məxsus “Laminat və qapı” mağazalarında, İbrahim Yusifova, Əliağa Bayramova, Süleyman Kərimova, Rafiq Əliyevə, Şahəddin Məmmədova, Rasimə Səfərovaya, Pənah Şərbətova, Əzim Quliyevə, məxsus mağazalarda, Emin Cəfərliyə, Amil Hacıyevə məxsus zərgərlik dükanlarında, “Aptek Loğman”da, Rafiq Salayevə, Hüseynağa Əliyevə, İmamverdi Rəciyevə məxsus baytarlıq apteklərində, "Buta Pharm" MMC-yə məxsus “Aptek”də, “Zeytun Pharma” MMC-yə məxsus “Aptek Həyat”da, Şamaxı rayonunda “Elektro” elektronika məhsullarının satışı mağazasında, “Zənbil Market”də, Eldar Hüseynova məxsus “Baytarlıq apteki”ndə, Vidadi Abdullayevə məxsus “Meyvə tərəvəz və toxumçuluq” ticarət obyektində, Tərtər rayonunda “Oba Market”də, Zaqatala rayonunda Aydın Şabanova məxsus tikinti materialları mağazasında, ümumilikdə, monitorinq aparılmış 655 obyektin 156-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
21-22 iyul tarixlərində nəzarət-yoxlama tədbirləri keçirilmiş 469 obyektin 29-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 23-dək monitorinq aparılmış 19306 sahibkarlıq subyektindən 7343-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.