15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət sahibkarlardan öz köməyini əsirgəmir

Koronavirus pandemiyası nəticəsində tətbiq olunan karantin rejiminin ölkə iqtisadiyyatına təsirini azaldılmasına yönəldilmiş təsirli tədbirlərdən biri də biznesə dövlət zəmanəti ilə kredit dəstəyinin verilməsidir.

Maliyyə mütəxəssisi Vüqar Mirheydərov bildirib ki, bu dövlət yardımı mikro və kiçik biznes üçün maliyyə əldə etməyə əlverişli fürsət yaradır. Təsəvvür edək ki, milli şirniyyat istehsalı və turistlərə satılması ilə məşğul olan “Şəkərbura” MMC-nin pandemiya ilə əlaqədar istehsalı və satışları düşür. Aprel ayında dövlətdən işçilərin maaşlarına edilən yardımla vəziyyət bir az düzəlsə də, sonrakı aylarda işçilərin maaşlarının ödənilməsində çətinlik yaranır. Bundan başqa, icarə, kommunal xidmətlər və digər önəmli xərclər də var...

Təbii məsələdir ki, bu cür şərtlər altında karantin ləğv ediləndən sonra işə başlamaq heç də asan olmayacaq. Karantin rejimi dövründə sahibkarın ehtiyatları azaldığına görə dövlətin zəmanətli kredit dəstəyi iş adamının fəaliyyətini bərpa etməsi üçün faydalı zəmin hazırlayır.

Bu addım atılarkən mikro və kiçik biznes təmsilçilərinin kredit təşkilatları ilə münasibətindəki əvvəlki təcrübə nəzərə alınıb: biznes-bank münasibətlərində ən böyük problem bankların likvid girov əldə etmək istəyindən qaynaqlanırdı, bir qayda olaraq, daşınmaz əmlakı girov qoymaq tələb edilirdi. İndi bu ağırlığı dövlət öz üzərinə götürür. Sahibkarın aldığı kreditin 60 faizinə zəmanət verir.
Bundan əlavə, kreditlər üzrə faiz dərəcəsinin 15 faizdən çox olmasına yol verilmir və faizin yarısı dövlət tərəfindən ödənilir. Yəni əslində, sahibkarlara kredit illik 7-7,5 faizlə verilir ki, bu da ipoteka faiz dərəcəsindən də aşağıdır. Kreditin müddəti 3 ilədək, məbləği isə 3 milyon manata qədər ola bilər. Bu isə sahibkarın işini və satışlarını bərpa edə bilməsi üçün böyük təkandır.

Nəhayət, ödənişlər üçün icazə verilən güzəşt müddəti 12 ay müəyyənləşdirilib. Bu o deməkdir ki, ödəmələrdə gecikmə olacağı təqdirdə sahbkarlara qarşı 12 ay ərziundə heç bir tədbir görülməyəcək.

İnternet üzərindən aparılan bu prosesin ən üstün cəhətlərindən biri də şəffaflığın təmin olunmasıdır.

Qeyd etmək istərdik ki, pandemiya dövrü üçün Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda nəzərdə tutulan güzəştlər də sahibkarlığın pandemiyadan sonra öz işini bərpa edə bilməsi üçün münbit zəmin yaradır.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?