25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara "İxracını tamamla" seminarı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı və “PAŞA Bank”ın birgə təşkilatçılığı ilə elektron ticarət, bank təminatı, beynəlxalq ticarətin maliyyələşdirilməsi, faktorinq, akkreditiv, kredit, POS-terminal, biznes kartları və digər maliyyə alətlərindən istifadə mövzusunda “İxracını tamamla” adlı onlayn seminar keçirilib.

Mərkəzdən bildirilib ki, seminarda “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, “PAŞA Bank”ın Kiçik və orta sahibkarlıq departamenti kreditlərin strukturlaşdırılması şöbəsinin rəhbəri Aqil Kərimov, Kiçik və orta sahibkarlıq departamentinin qeyri-faiz məhsulları üzrə qrup rəhbəri Nərmin İbadullayeva, Kiçik və orta sahibkarlıq departamentinin faktorinq məhsulu üzrə qrup rəhbəri Azad Bağırzadə və bankın Rəqəmsal məhsullar üzrə ekspertləri - Afaq Ağayeva, Pərvin Səlimov, Davud Səmədov, Lalə Əzizli, Xanım Rüstəmova iştirakçıların suallarını cavablandırıb.

“Microsoft Teams” tətbiqi vasitəsilə 50-dək sahibkarın iştirak etdiyi onlayn seminarda sahibkarlar arasından təsadüfi yolla (“www.random.org” portalı vasitəsilə) 10 sahibkar seçilərək aşağıdakı imtiyazları təsdiqləyən kupon əldə edib:

“PAŞA Bank” tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:

- ixracatçı şirkətə hesabın açılması, kart məhsulları və elektron ticarət xidməti üzrə güzəştli şərtlərin təqdim olunması;

- ixracatçı şirkətin maliyyə sahəsi üzrə işləyən əməkdaşlarına bank xidmətləri üzrə təlimin keçirilməsi;

- ixracatçı şirkətə bankın Əməkhaqqı/Sığorta/Faktorinq/Akkreditiv/Kredit məhsullarının güzəştli şərtlərlə təqdim olunması.

“Azexport.az” portalı tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:

- ixracatçı şirkətin 2 məhsuluna Sərbəst Satış Sertifikatının ödənişsiz təqdim olunması;

- şirkətin məhsul və xidmətləri barədə məlumat əks etdirən reklam lövhəsinin “Azexport.az” portalının əsas səhifəsində 1 ay müddətinə ödənişsiz yerləşdirilməsi;

- istehsal olunan məhsula dair elektron ticarət platformaları üzərindən bazar araşdırması aparılaraq potensial müştərilərin tapılması;

- ixracatçı şirkətin satış və marketinq şöbəsi əməkdaşlarına elektron ticarət biliklərinin artırılmasına dair təlimin keçirilməsi.

Qeyd edək ki, COVID-19 pandemiyası dövründə “Azexport.az” portalı müntəzəm olaraq sahibkarların pandemiyanın təsirlərindən daha az zərərlə çıxmasına dəstək olmaq məqsədilə istehsalat, idarəetmə və satışlarda müasir həll yollarından istifadəyə dair onlayn təlimlər keçirir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?