13 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiyadan zərərçəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) koronavirus (COVID-19) pandemiyası ilə üzləşən və bunun təsirini idarə etmək üçün yardıma ehtiyacı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yaratdığı "Böhran dövründə necə" adlı bilik platformasının yeni modulu istifadəyə verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, biznesin maliyyələşdirilməsinin yolları adlanan yeni modul maliyyənin hansı formasının biznesə uyğun olduğunu anlamaqda, maliyyə dəstəyi üçün necə müraciət edilməsi və həlledici maliyyələşdirmə qərarları ilə qarşılaşdıqda düzgün seçimin edilməsi sahəsində sahibkarları bilik və bacarıqlarla təmin edəcək.
Modulun əhatə etdiyi 3 əsas mövzu bunlardır:
· Maliyyə resurslarının seçimi və strukturlaşdırılması
· Maliyyə resurslarının təşkili
· Maliyyələşdirmə problemlərinin həlli.
Moduldan istifadə etmək üçün www.ebrdknowhowacademy.comsaytında qeydiyyatdan keçmək lazımdır. Mobil cihaz vasitəsilə proqrama qoşulmaq üçün "App Store"dan "Go.Learn" tətbiqini yükləyərək www.ebrdknowhowacademy.comsaytına daxil ola bilərsiniz.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?