3 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində iyulun 13-də keçirdiyi monitorinqlərdə Nizami rayonunda “Ayla market”də, Rüstəm Qədirliyə məxsus ərzaq mağazasında, Eldəniz Əliyevə məxsus “1001 xırdavat”da, Binəqədi rayonunda“Kalva market”də, “Lyüks dönər”də, Yasamal rayonundaSevda Hüseynovaya məxsus xırdavat mağazasında, Telman Nəsirova məxsus marketdə, Xətai rayonunda “Darçın Şirniyyat Evi”ndə, Nəsimi rayonunda “Təndirçi” ictimai-iaşə obyektində, Lənkəran rayonunda Zaur Əsədova, Rizvan Əliyevə məxsus avtomobil ehtiyat hissələri mağazasında, Əlisahib Mövsümzadəyə və Rahim Qafarova məxsus marketlərdə, Saleh Dostiyevə məxsus “Ruzi Marketdə, Füzuli rayonunda “Mandarin market”də, “Oba market”də, “Zeytun Pharmacevticals” MMC-yə məxsus aptekdə, Bərdə rayonunda Eldəniz Orucova, Elgiz Mehdiyevə və Orxan Aslanova məxsus avtomobil ehtiyat hissələri mağazasında, ümumilikdə, monitorinq aparılmış 397 obyektin 105-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 13-də nəzarət tədbirləri keçirilmiş obyektlərin 44-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 14-dək monitorinq aparılmış 16133 sahibkarlıq subyektindən 6778-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb