19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İslahat icmalı” pandemiya dövründə sosial siyasətə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat icmalı”nın xüsusi buraxılışı dərc edilib.
İİTKM-dən bildirilib ki, pandemiya dövründə vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatlara həsr edilən bu buraxılışda 4,8 milyon insanı əhatə edən, maliyyə yükü 600 milyon manat olan islahat paketi və bu islahatların ilkin təsirlərinin təhlili təqdim olunub.
Belə ki, xüsusi buraxılışda bu islahatların əsas 4 istiqaməti-əmək müqaviləsi ilə işləyən şəxslərin iş yerlərinin qorunması, işsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması, özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi və sosial layihələrin əhatə dairəsinin genişləndirilməsi üzrə görülmüş işlər, tədbirlərin əhatə dairəsi və maliyyə yükü infoqrafikalar ilə aydın şəkildə təsvir olunub. Bundan başqa, sözügedən istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində baş vermiş müsbət dəyişikliklər statistik göstəricilərlə təhlil olunub. İlin sonunadək həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə də məlumatlar əks edilib.
“İslahat icmalı” ilə aşağıda təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz:

http://iqtisadiislahat.org/store//media/2020/Iyul/So

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?