Ticarət və xidmət obyektlərində monitorinqlər davam edir
İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 6-da keçirdiyi monitorinqlərdə Binəqədi rayonunda “Karvan market”də, “Şah market”də, “Ruslan market”də, “Bolluq market”də, “Oba market”də, “Ekomart”da, Səbail rayonunda “Cənub kənd məhsulları mağazası”nda, “Starmart market”də, “Güloğlu market”də, “Real market”də, “Xəzər market”də, “Qədim təndir restoranı”nda, Nərimanov rayonunda “Araz market”də, “Good food dönər evi”ndə, “Məhəllə market”də, “Oba market”də, “Dəniz market”də, Sabunçu rayonunda “Nərmin market”də, “Xəzər market”də, “Savalan market”də, Xəzər rayonunda “Xəzər inşaat” və “Ev qur qarışıq mallar” mağazalarında, “Mərdəkan market”də, “Abşeron market”də, “Favorit market”də, Xətai rayonunda “Ulduz market”də, “Qardaşlar market”də, “Araz market”də, “Buta Farm” aptekində, Yasamal rayonunda “Esmanur market”də, “Bəyaz market”də, “Dalğa market”də, “Araz market”də, “Bizim market”də, “Təndir və kababçı” ictimai iaşə obyektində, “Zeytun aptek”də, Nizami rayonunda “Nihad telefon mağazası”nda, “Rahat market”də, “Səba ət və süd məhsulları mağazası”nda, “Yeni poliqrafist” xidmət obyektində, “Şaurma 1” ictimai iaşə obyektində, “Dokta aptek” və “Zeytun aptek”də, Nəsimi rayonunda “1001 xırdavat” mağazasında, “A market”də, Suraxanı rayonunda “Suraxanı market”də, “Ceyhun market”də, Qaradağ rayonunda “Hədiyyə mağazası”nda, Gəncə şəhərində “Oboy evi” mağazasında, “Lombart "MEQO" MMC-də, Lənkəran rayonunda “Moskva market”də, Namiq Allahverənova məxsus “Ərzaq dükanı”nda, Elgün Rəcəbova məxsus “İnşaat malları mağazası”nda, Füzuli rayonunda “Aytac market” və “Bizim market”də, Bərdə rayonunda “Şahin oğlu market”də, “Market 09”da, “Samux market”də, “Aptek Məftun”da, “Aptek Təbib”də və “Şəfa Aptek”də, Şamaxı rayonunda “Ocaq market”də, Sahib Yusifova məxsus ət dükanında, Elşad Kərimova məxsus “Yem dükanı”nda, İmran Osmanova məxsus “Paltar mağazası”nda, Zaqatala rayonunda “Orbita market”də, ümumilikdə, monitorinq aparılmış 528 obyektin 224-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıblar və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
4-6 iyun tarixlərində 830-dək təsərrüfat subyektində aparılmış monitorinqlər zamanı bu obyektlərin 230-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 7-dək monitorinq aparılmış 11819 sahibkarlıq subyektindən 5560-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.