11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kreditlər dövlətin sahibkara ən böyük dəstəyidir

Pandemiya ilə əlaqədar görülən tədbirlərin biznesə mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət sahibkarlara dəstəyini davam etdirir. 

Pandemiya ilə əlaqədar görülən tədbirlərin biznesə mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət sahibkarlara dəstəyini davam etdirir. İqtisad üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli qeyd edib ki, dövlətin sahibkarlığa dəstəyini bir neçə istiqamət üzrə qiymətləndirmək mümkündür:

1. Sahibkarların mövcud maliyyələşdirmə xərclərinin minumumlaşdırılması və pandemiya ilə əlaqədar ziyanın aşağı salınması. 2020-ci ilin mart ayına qədər 5 milyon manatadək kredit qalığı olan sahibkarlara mart ayından başlayaraq 12 ay ərzində faiz xərclərinin 10% bəndi dövlət tərəfindən qarşılanır. Bunun üçün şirkətin pandemiyadan zərər çəkən sahələrdə olmasının tanınması və kreditin dövlət zəmanətli olmaması lazımdır. Bu istiqamətdə 1 milyard manat kredit dəstəyi nəzərdə tutulur.

2. Sahibkarların müflisləşmə riskinin aşağı salınması və borclarının restrukturizasiyasına və maliyyə resurslarından səmərəli istifadəsinə şərait yaradılması. Sahibkarlığa İnkişafı Fondu və İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə verilmiş kreditlərin restrukturizasiyası və ödənişinə möhlət verilməsi dəstəyi sahibkarlara satış gəlirlərinin kəskin azaldığı indiki dövrdə likvidlik problemlərilə üzləşməsi riskini aşağı salmağa və sərbəst maliyyə resurslarından daha səmərəli istifadə etmələrinə şərait yaradacaqdır.

3. Biznesin inkişaf etdirilməsi. Girovu olmayan sahibkarlara avadanlıq almaq üçün kreditlər həm mövcud avadanlıq parkının yenilənməsinə, həm də yeni avadanlıqların alınmasına imkan verəcək ki, bu da müəssisələrin yenidən inkişafa yönəlməsinə imkan yaradacaq. Bu istiqamətdə bankların faiz dərəcəsinin 7% olacağı nəzərdə tutulur, çünki bu faizdən yuxarı hissəni dövlət qarşılayacaq.

4. Kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçik kreditlərin müddətinin artırılması və güzəşt müddətinin kredit dövrünün yarıyadək qaldırılması bu sahədə fəaliyyət göstərən sahibkarların kredit resurslarına əlçatanlığını artıracaq.

5. 500 milyon manat həcmində yeni biznes kreditinin 60%-dək hissəsinə dövlət zəmanəti verilməsi, həmçinin həmin kreditlərin faizlərinin yarısının dövlət tərəfindən qarşılanması sahibkarlara yeni layihələrə başlamağa və öz bizneslərini genişləndirməyə imkan verəcəkdir. Nəzərə almaq lazımdır ki, 3 ilədək verilən bu kreditlərin məbləği 3 milyon manatadək ola bilər ki, bu da özlüyündə böyük maliyyə resursudur. Bundan əlavə, ilk 12 ay sahibkar üçün güzəşt müddəti hesab edilir, yəni bu müddətdə o yalnız bank faizlərini ödəyəcək. Yeri gəlmişkən, bank faizlərinin yarısı da dövlət tərəfindən qarşılanır.

Kreditlərin verilməsində şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə yaradılmış elektron platforma da (https://e-edf.gov.az/) nəzərdə tutulmuş dəstək paketinin effektiv reallaşdırılmasına imkan verəcəkdir. Elektron portalın əsas üstünlüyü odur ki, operativliyi və şəffaflığı təmin edir, həmçinin tərəflərin izlənməsinə şərait yaradır. Elektron Kredit platformasının əsas üç istiqamətdə-şəffaflıq, operativ xərclərin aşağı salınması və nəzarət tədbirlərinin genişləndirilməsi kimi üstünlüyü vardır.

Fəxriyyə İKRAMQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?