"Azeri Light" neftinin qiyməti 44 dollara yüksəlib
Azərbaycan neftinin qiyməti bahalaşır.
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,25 dollar artaraq 44 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.