18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkə üzrə taxıl zəmilərinin yarısında biçin başa çatıb

Azərbaycanda taxıl zəmilərinin 49,1 faizində biçin başa çatıb. İyunun 24-nə olan operativ məlumata görə, 496412,6 hektar biçilmiş sahədən 1566798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, arpa sahələrinin biçini yekun mərhələyə qədəm qoymaqdadır. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 289695,3 hektar sahədə biçin başa çatıb. Sahələrdən 880080,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın zamanlarda Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekinlaşacağı gözlənilir.

Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 206717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686718,1 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir.

Bu günə olan operativ məlumata görə, biçin prosesində 1694 kombayn iştirak edir. Bunlardan 592-si "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.

Biçin davam edir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?