15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanıb

“Qobu Park 3” yaşayış kompleksində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələrində istehsala başlanıb.

KOBİA-dan bildirilib ki, gün ərzində oyuncaq istehsalı müəssisəsində 15-20 çeşiddə 1000-dək yumşaq, 10 çeşiddə 500-dək plastik oyuncaq istehsal olunur. Tibbi ləvazimatların istehsalı müəssisəsində isə gündəlik olaraq 600-700 ədəd tibbi heyət və xəstələr üçün üst geyimləri, 150-200 ədəd steril cərrahi dəstlər, 5000-ə qədər tibbi maska, 100-150 minarası baxil və digər tibbi tekstil vasitələri istehsal edilir.
Hazırda oyuncaq istehsalı müəssisəsində 10, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 20-dək işçi çalışır. Bu müəssisələr tərəfindən istehsal olunan məhsullar yaxın vaxtlarda "Tutu Toys” və “Gill med” brendi ilə satışa çıxarılacaq.
Qeyd edək ki, KOBİA tərəfindən hər iki müəssisənin yaradılması üçün sahibkarlara biznesin planlaşdırılması, qeydiyyatı və təşkili istiqamətlərində daxili bazar araşdırmalarının aparılması, biznes planların tərtib edilməsi, şirkətlərin qeydiyyatdan keçirilməsi, işçi heyəti üçün təlimlərin təşkili, maliyyə mənbələrinə çıxış kimi dəstəklər göstərilib. Müəssisələr icarə xərclərindən azad edilib. Hər iki müəssisə biznes və sosialyönümlüdür. Belə ki, müəssisələrdə istehsal olunan məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edir. Daxili bazarla yanaşı, müəssisələrdə istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxarılması da nəzərdə tutulur. Burada çalışan işçilər “Qobu Park 3” yaşayış kompleksində yaşayan qaçqın və məcburi köçkünlərdir. Yaşayış kompleksində məskunlaşma tam başa çatdıqdan sonra oyuncaq istehsalı müəssisəsində işçilərin sayı 40-a, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 80-ə çatdırılacaq. Ümumiyyətlə, müəssisələrdə çalışacaq işçilərin 80 faizi qaçqın və məcburi köçkünlərdən ibarət olacaq.

Qeyd edək ki, oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələri bu il mayın 28-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı fəaliyyətə başlayıb.

Məcburi köçkünlərin və qaçqınların məşğulluğunun biznes layihələr vasitəsilə təmin olunması istiqamətində KOBİA və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində agentliyin təsis etdiyi “BİRGƏ” MMC ilə komitənin müvafiq departamenti arasında bu ilin yanvarında əməkdaşlığa dair müqavilə imzalanıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?