21 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən ölkədir

Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Nəzərə alsaq ki, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqının payına düşür. Eyni zamanda, Azərbaycan ixracatının təxminən yarısı məhz Avropa İttifaqına yönəlib.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib: “Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir ki, bu istiqamətlərdən biri də iqtisadi inteqrasiya və standartların uyğunlaşdırılmasıdır. Avropa İttifaqı Azərbaycan üçün əsas yeni bazardır. Avropa İttifaqı 500 milyondan çox istehlakçısı olan bir bazardır. Azərbaycan məhsullarının Aİ bazarına daxil olması əsas prioritetlərdəndir, rəqabətli bazardır, rentabellidir, xüsusən də qeyri-neft sektorunda çalışan sahibkarlar üçün burada gəlir əldə etmək imkanları daha genişdir. Azərbaycan, eyni zamanda, Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən ölkədir”.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizinin Avropanın, xüsusən Cənubi Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verəcəyini qeyd edən V.Bayramov diqqətə çatdırıb ki, bu il ərzində TAP-ın tikintisinin tamamlanması və “mavi yanacağın” son olaraq İtaliya bazarına çıxarılacağı gözlənilir: “Bu da imkan verəcək ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ mənbə rolunu oynasın. Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti hazırda illik 16 milyard kubmetrdir. Gələcəkdə bu həcmin 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə Avropaya 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın nəqli planlaşdırılır. Bu da nəticə etibarilə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, ölkəmizin Avropanın təhlükəsizliyinə töhfəsinin artmasına gətirib çıxaracaq. Bu, ondan xəbər verir ki, tərəflər arasında əməkdaşlıq stratejidir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müstəqil şəkildə xarici siyasətini qurur. Xarici iqtisadi siyasətin qurulmasında da Azərbaycan müstəqil mövqe nümayiş etdirir. Bu o deməkdir ki, Azərbaycan müstəqil mövqeyini qorumaqla növbəti mərhələdə də strateji olaraq Aİ ilə əməkdaşlığın dərinləşməsini həyata keçirəcək”.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?